Bazar, 21 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ankarada İsveç və Finlandiya heyətləri arasında razılıq əldə olunmayıb - Yenilənib

“Danışıqlar zamanı PKK, YPG və PYD arasında heç bir fərqin olmadığını, onların terror təşkilatı olduğunu dilə gətirdik”.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, Ankarada İsveç və Finlandiya nümayəndə heyətləri ilə görüşdən sonra Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın deyib.

O bildirib ki, Türkiyə hər iki tərəfə öz tələblərini irəli sürüb və cavab gözləyir.

"Biz çox açıq şəkildə bildirdik ki, Türkiyənin təhlükəsizliyi ilə bağlı narahatlıqları müəyyən bir vaxtdan sonra qarşılanmazsa, bu ölkələrin NATO-ya üzvlük məsələsi irəli getməyəcək",-deyə Kalın bildirib.

Türkiyə Prezidentinin sözçüsü müzakirələr zamanı heç bir razılığın əldə olunmadığı və danışıqlar üzrə yol xəritəsinin razılşadırılmadığını diqqətə çatdırıb.

O qeyd edib ki, Türkiyə bu ölkələri onu təhdid edən terror təşkilatları ilə əməkdaşlıq etmək və dəstək verməkdən çəkinməyə çağırır.

İbrahim Kalınəlavə edib ki, tərəflər arasında növbəti görüşün nə vaxt baş tutacağı bəlli deyil.

***

İsveç və Finlandiya nümayəndə heyətlərinin NATO-ya üzvlük müraciətlərinə dair Türkiyə rəsmiləri ilə görüşü başa çatıb.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, Ankarada Prezident Sarayında keçirilən görüş 5 saat davam edib.

***

İsveç və Finlandiya nümayəndə heyətləri Türkiyədədir.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti məlumat yayıb.

Ankarada Türkiyə rəsmiləri ilə iki ölkənin NATO-ya üzvlük tələbləri ilə bağlı məsləhətləşmələr başlayıb.

***

Ankarada Prezident iqamətgahında Türkiyə, İsveç və Finlandiya nümayəndələri arasında ilkin məsləhətləşmə başlayıb.

“Report” xəbər verir ki, məlumatı “TRT Haber” yayıb.

Bildirilib ki, Türkiyə nümayəndə heyətinə Prezidentin sözçüsü İbrahim Qalın və xarici işlər nazirinin müavini Sədat Önal, İsveçin heyətinə hökumət ofisinin dövlət katibi Oskar Stenstrom, Finlandiyanın təmsilçilərinə isə Xarici İşlər Nazirliyinin müşaviri Jukka Salovaara başçılıq edirlər.

Məlumata görə, görüşdə İsveç və Finlandiyanın NATO-ya üzvlüklə bağlı müraciətlərinə dair məsələlər müzakirə olunur.

Bildirilib ki, toplantının sonunda yazılı açıqlama yayılacaq.

Qeyd edək ki, Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzvülüyünə etiraz edir. Rəsmi Ankara üzv olmaq istəyən bu iki dövlətdən terrorçu PKK qruplaşmasını himayə etməyəcəkləri ilə bağlı yazılı öhdəlik istəyir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda biznesmenin müəmmalı ölümü - Qardaşı şikayətçidir

Daha dörd bitərəf deputat növbədənkənar seçkilərdə namizədliyini irəli sürüb

700 bal toplayan Şəbnəm bu universitetdə oxumaq istəyir

İlham Əliyev Paşinyanın Britaniyada onunla görüşdən imtina etməsi barədə danışıb    

Şuşada II Qlobal Media Forumu keçirilir, Prezident İlham Əliyev Forumda çıxış edib - Video

Bakıda 75 yaşlı kişini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb - Yenilənib

Azərbaycanda qaz sayğacları ilə bağlı texniki reqlament təsdiq ediləcək

Ötən gün bank kartlarından 55 min manatdan çox pul oğurlanıb

YAP Mərkəzi Aparatında müşavirə keçirilib - Foto

Qaradağda 57 yaşlı anasını qətlə yetirməkdə şübhəli bilinən şəxs barəsində cinayət işi açılıb - Yenilənib

Polis saxta generalı dələduzluğa görə saxladı

Ən çox oxunanalar